Baqajın yoxlanılması qaydaları və baqajın daşınma qaydaları

Baqajın yoxlanılması.
Mülki aviasiya orqanları, polis, gömrük və sərhəd nəzarəti orqanlarıhava limanında sərnişinlərin baqajını və əl çantalarını yoxlamaq və mülki hava gəmilərinin sərnişinlərinin üzərində şəxsi yoxlama aparmaq hüququna malikdirlər. Əgər sərnişin yoxlamadan imtina edərsə, daşıyıcı mövcud olan qaydalara uyğun olaraq ödəniş haqqını geri qaytarmaqla, sərnişinin və onun baqajının daşınmasına imtina edə bilər. Yoxlama qaydaları və yoxlamanı həyata keçirmək hüququna malik şəxslərin siyahısı dövlətin qüvvədə olan qanunları ilə müəyyən olunur. Xahiş edirik, diqqət yetirəsiniz ki, aviaşirkət rentgen və ya digər növ skaner yoxlamalarının həyata keçirilməsi zaman sərnişinə və ya onun baqajına vurulan zərərə görə məsuliyyət daşımır (zərərin aviaşirkətin əməkdaşlarının ehtiyatsızlığı üzündən vurulması halları istisna olmaqla).
Əl çantalarında mayelərin daşınma qaydaları

Qaydalara uyğun olaraq, təyyarənin bortuna gətirilən istənilən mayelər bir şəffaf plastik paketə qablaşdırılmalıdır ki, onu sonradan skaner etmək üçün narahatlıq yaranmasın. Əl çantalarında daşınan mayenin həcmi 1 litrdən artıq olmamalıdır və 100 ml artıq olmayan qablarda götürülməlidir (mənbə: Avropa İttifaqı Komissiyasının qətnaməsi 1546/06, http://ec.europa.eu/transport/modes/air/security/doc/quick_info_notice_for_air_passengers_-_rules_on_liquids_carried_as_hand_luggage_(leaflet_version).pdf) Yeni qaydalar yalnız əl çantalarına aiddir. Mayelərin xüsusi bağlanmış paketlərdə satıldığı halda onları heç bir halda yoxlamadan əvvəl açmayın. Bu qaydaya riayət olunmadığı təqdirdə paketin içərisində olan maye müsadirə oluna bilər.
Mayelərə aşağıda göstərilənlər aiddir:
su və digər növ içkilər;
Şorbalar və siroplar;
Şokoladlı pasta;
Yerfındığı yağı;
Yumşaq pendir, məsələn, kamamber;
Yoğurt;
Köpük əmələ gətirən maye və içkilər;
Parfümeriya məmulatları;
Gellər, o cümlədən, saç gelləri və duş üçün gellər;
Pastalar, o cümlədən, diş məcunları;
Dekorativ kosmetika (məsələn, pomada, boya, tuş);
Üz üçün kremlər, losyonlar, yağlar və sular;
şampunlar,
Aerozollar;
Təzyiq altında olan həcmlərin içərisindəki mayelər, o cümlədən, üz qırxmaq üçün köpük və digər köpüklər, diyircəkli və digər dezodorantlar, spreylər;
Maye maddələrin sərt maddələrlə qatışıqları;
Bu kimi konsistensiyalı bütün digər maddələr.
İstisna halları: tibbi dərmanlar (məsələn, diabetiklər üçün) və uçuş zamanı tələb olunan uşaq qidası, lakin, sizdən əl çantanızda bu kimi mayelərin olması zərurətini təsdiq edən arayış tələb oluna bilər.
Qeydiyyata alınan baqajda mayelərin daşınma qaydaları.
Qeydiyyata alınan baqajda 2 litrdən artıq olmayan mayenin daşınmasına icazə verilir, bir şərtlə ki, bu mayelər “təhlükəli maddələr” kateqoriyasına aid olmasın.
Baqajın qəbul edilməsinə imtina hüququ
Aviaşirkət birtərəfli qaydada sərnişinin müəyyən olunmuş normadan artıq baqajının daşınmasına aşağıda göstərilən hallarda imtina edə bilər.
əgər sərnişin müəyyən olunmuş normadan artıq baqajın daşınma haqqını ödəməmişdirsə;
hava gəmisinin tam dolduğu zaman daşıyıcı müəyyən olunmuş normadan artıq baqajın qəbulunu məhdudlaşdıra və ya tamamilə qəbul etməkdən imtina edə bilər.
İkincisi – bu baqajda müvafiq sənədlərə uyğun olaraq hər hansı qadağan edilmiş və ya icazə verilməyən material daxil edən əşyaların mövcud olmasıdır, məsələn:

- daşıma zamanı sərnişinlərin həyat və sağlamlığı üçün, uçuşun təhlükəsizliyi üçün, aviaşirkətin və ya sərnişinlərin əmlakı üçün əhəmiyyətli risk yarada biləcək mallar, əşyalar, mayelər və digər maddələr;
partlayıcı maddələr və hərbi sürsat, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla;
feyerverklər, siqnal raketləri, benqal çıraqları;
qazlar (oddan təhlükəli, alışmayan, soyudulmuş və zəhərli), qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla;
aerozollar (məhdud həcmdə daşınmasına icazə verilmiş tualet ləvazimatları istisna olmaqla);
oddan təhlükəli mayelər (benzin, laklar, suda həll olunmayan boyalar, həlledicilər, alışqanların doldurulması üçün mayelər);
benzin ilə işləyən alətlər, o cümlədən, qazonbiçənlər, oksidləşdirici, korroziyaya səbəb olan zəhərli maddə və materiallar, o cümlədən, ağardıcı əhəng, akkumulyatorlu batareyalar (xəstələrin daşınması üçün arabalar, CD – pleyerlərdə, radio aparatlarında batareykalar və sair istisna olmaqla);
radioaktiv materiallar, ürək əzələsinin radioizotom stimmullaşdırıcıları və ya litium batareyasından qidalanan və insan bədəninə implant edilmiş digər qurğular istisna olmaqla, və ya insan bədənində müalicə nəticəsində olan radioaktiv əczaçılıq preparatları;
maqnitlər və maqnitləşdirilmiş əşyalar;
“Təhlükəli yüklərin hava ilə təhlükəsiz daşınması üzrə texniki təlimatlar” ИКАО, Doc 9284/905 sənədinə əsasən hava sərnişin gəmilərində daşınması qadağan edilmiş kimi müəyyən olunmuş digər əşya və maddələr;
ərazisinə, ərazisindən və ya ərazisi vasitəsi ilə daşımanın həyata keçirildiyi istənilən ölkənin qüvvədə olan qanunları və ya qanunvericilik aktları ilə daşınması qadağan edilmiş mallar və predmetlər;
öz xarakterinə, çəkisinə, ölçüsünə, formasına və ya qoxusuna görə daşınmaya yararsız olan mallar, qaydalarla nəzərdə tutulmuş hallar istisna olmaqla (mənbə: http://www.aviadocs.net/icaodocs/Docs/ICAO_Doc9284_2007.pdf)
Aviaşirkət baqaj kimi daşınması üçün qəbul edilməsinə imtina edilmiş mallara və predmetlərə görə məsuliyyət daşımır.
Normadan artıq baqaj.
Hər bir aviaşirkətin normadan artıq baqaja qarşı fərqli tələblər irəli sürdüyü səbəbindən, xahiş edirik normadan artıq və ya qeyri standart baqajın daşınması haqqında məlumat əldə etmək üçün bilavasitə aviaşirkətə müraciət edin.
Tranzit reyslərdə baqajın qeydiyyatı.
Bütün uçuş bir aviaşirkət tərəfindən həyata keçirilən zaman reysə qeydiyyat və baqajın qeydiyyatı son təyinat məntəqəsinə qədər həyata keçirilir və tranzit hava limanında baqajı götürmək və yenidən qeydiyyatdan keçmək ehtiyacı olmur. Əgər uçuş müxtəlif aviaşirkətlər tərəfindən həyata keçirilirsə, baqajınızın son təyinat məntəqəsinə qədər qeydiyyata alınıb, alınmayacağı daşımada iştirak edən aviaşirkətlərin bu cür razılaşmasının olub, olmadığından asılı olacaq. Xahiş edirik, bu informasiyanı hava limanında qeydiyyat masasında dəqiqləşdirin.
Xahiş edirik, diqqət yetirin ki, bir hava limanından digərinə reys üçün keçid etmək lazım olduqda baqajı təhvil alaraq, yenidən qeydiyyatdan keçmək zəruridir (Məsələn, Domodedovo hava limanından Şeremetyevo hava limanına).
Baqaj itirildiyi halda nə etmək lazımdır?
Əgər səyahət başa çatdıqda baqajınızı ala bilmədinizsə və ya baqajınız zədələnmişdirsə, Siz hər bir hava limanında olan LOST&FOUND baqajın axtarış xidmətinə müraciət etməlisiniz ki, bu xidmət baqajın daşınması zaman pozuntu aktını (PIR – Property Irregularity Report) tərtib edəcək. əgər sizin baqajınız gecikirsə, onu növbəti reys ilə göndərəcəklər.
Xahiş edirik, baqaj birkalarınızı daim saxlayın – baqajın itirilməsi halında onlar axtarışı asanlaşdıracaq. Əgər baqajınız itmişdirsə, aviaşirkət hər kiloqrama görə 20 dollar məbləği hesablamaqla zərəri ödəyəcək. Pulunuzu, sənədlərinizi, kredit kartlarınızı və zinət əşyalarınızı baqaja təhvil verməməyi tövsiyyə edirik. Daşınması müvafiq baqaj tarifi üzrə ödənilmiş unudulmuş, gecikən və ya kənara qoyulmuş baqaj təyinat, dayanma və ya transfer məntəqəsinə heç bir əlavə xərc ödənilmədən göndərilir (mənbə: “Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası haqqında Varşava Konvensiyası, 1929”)