Ləğv etmə. Geri qaytarma. Aviabiletlərin dəyişdirilməsi

Ləğv etmə. Geri qaytarma. Aviabiletlərin dəyişdirilməsi
Alınmış aviabiletlərin geri qaytarılması müstəsna olaraq aviaşirkətin tarif qaydalarına uyğun şəkildə həyata keçirilir. Aviabiletlərin geri qaytarılması lazım olan zaman mümkün olan qısa müddət ərzində bizi və ya bilavasitə aviaşirkəti bu barədə məlumatlandırmalısınız ki, bileti Sizin üçün minimal itkilərlə geri qaytarmaq olsun.
Biletin qiymətini ödəməzdən əvvəl biletin dəyişdirilməsi və geri qaytarılması qaydaları ilə tanış ola bilərəmmi?
Bəli, Siz adı çəkilən qaydalarla aviareysin bron edilməsi prosesində, təsdiq etmə anına və ödəniş prosesinə qədər tanış ola bilərsiniz. Qaydalar bron etmə sistemindən aviaşirkətin təqdim etdiyi şəkildə sizlərə təqdim olunur. Xahiş edirik, əsas ifadələrə diqqət yetirin:

TICKET IS NON-REFUNDABLE — bilet geri qaytarıla bilməz;
TICKET IS NON-REFUNDABLE FOR CANCEL/REFUND — bilet geri qaytarıla bilməz;
REFUND IS NOT PERMITTED — bilet geri qaytarıla bilməz;
ANY TIME TICKET IS NON-REFUNDABLE — bilet geri qaytarıla bilməz;
TICKET IS NON-REFUNDABLE IN CASE OF NO-SHOW — sərnişinin reysə gəlmədiyi halda bilet geri qaytarıla bilməz.
Mən ödənişi həyata keçirəndən sonra aviabiletin alışını ləğv edə bilərəmmi?
Alış günündə bileti aviaşirkət tərəfindən hər hansı cərimələr tətbiq olunmadan geri qaytarmaq olar, bir şərtlə ki, sifariş alış günündə, ofisin iş saatlarında və uçuşdan azı 48 saat əvvəl göndərilmiş olsun. Uçuş tarixi biletin alınma tarixindən iki sutkadan az olan bilet geri qaytarıla bilməz.
AZAL Türk Hava Yolları aviakompaniyasının biletlərini cərimələr tətbiq olunmadan geri qaytarmaq yalnız 2 saat ərzində olar, bir şərtlə ki, sifariş alış günündə, ofisin iş saatlarında və uçuşdan azı 48 saat əvvəl göndərilmiş olsun.
Aviabiletlərin geri qaytarılması.
Mən aviabileti təhvil verə bilərəmmi? Aviabiletin geri qaytarılma imkanı aviaşirkətlərin tarif qaydaları ilə əsaslanmışdır. Xahiş edirik, biletin alışı zaman biletin geri qaytarılması imkanına diqqət yetirin. Əgər aviabilet geri qaytarılmayan olsa, aviaşirkət Sizə yalnız rüsumları qaytaracaq. Əgər biletin geri qaytarılması mümkündürsə, aviaşirkət tarif qaydalarına uyğun olaraq rüsumları və cərimə məbləğlərini çıxmaqla biletindəyərini Sizə qaytaracaq. Cərimələrin həcmini maksimal şəkildə azaltmaq üçün Siz TripOnline şirkətinə və / və ya bilavasitə aviaşirkətə reysin yola düşmə vaxtından azı 48 saat əvəl müraciət etməlisiniz. Əgər Sizin üçün tariflərin həcmi əhəmiyyət kəsb etmirsə, bileti geri qaytarmaq haqqında elektron ərizəni dərhal göndərin. Sizin elektron ərizənizə əsasən biz bron edilmiş yerləri ləğv edəcəyik və geri qaytarma üzrə rüsumu tutaraq, digər məbləği Sizə qaytaracağıq. Həmçinin, Siz bilavasitə aviaşirkətə müraciət edə bilərsiniz.
Mən geri qaytarılmayan bileti qaytara bilərəmmi?
Aviabiletin könüllü şəkildə geri qaytarılması hər konkret halda aviaşirkətin tarif qaydalarına uyğun şəkildə həyata keçirilir. Aviabiletin geri qaytarılma məbləği tarif qaydalarına uyğun olaraq aviaşirkət tərəfindən hesablanır
Geri qaytarılmayan biletlərin alınması zaman tarif istənilən vaxt və ya konkret hallarda qaytarılmır: uçuşdan sonra və ya reysə gəlməmə, yaxud gecikmə halları baş verdikdə. Geri qaytarılan məbləğlərin bir hissəsi qaytarıla bilər.
Bəzi hallarda geri qaytarılmayan aviabiletlərin məcburi qaytarılmasını rəsmiləşdirmək mümkündür:
- Sərnişinin və ya ailənin yaxın qohumunun vəfat etdiyi halda;
- Sərnişinin xəstələnməsi və ya hospitala yerləşdirilməsi halında;
- Tibb müəssisəsinin şəxsin təyyarə ilə səfər etməsinə icazə vermədiyi halda;
- Vizanın verilməsinə imtina edilən halda.
Əgər sizin halınız şərh olunmuş hallardan birinə aiddirsə, bizə məlumat verin və bunu təsdiq edən sənədləri təqdim edin, biz aviaşirkətdən biletin tam və ya qismən geri qaytarılması üçün icazənin alınması istiqamətində əlimizdən gələni etməyə calışacağıq. Həmçinin, birbaşa aviaşirkətə ödəniş etdikdə Siz aviaşirkətin özünə müraciət edə bilərsiniz.
Mən bileti uçuşa az vaxt qalmış geri qaytara bilərəmmi?
Əgər uçuşa sayılı günlər qalır, Sizin isə planlarınızda dəyişikliklər baş vermişdirsə, etməli olduğunuz yeganə hərəkət – mümkün qədər qısa müddətdə bron etdiyiniz yerləri ləğv etməkdir. Biletin uçuşa 24 saatdan az vaxt qalan halda geri qaytarıldığı zaman əksər aviaşirkətlər cərimələrin həcmini yüksəldir, sərnişinin reysə gəlmədiyi halda isə ekonom sinifdə uçmaq üçün əksər bahalı olmayan biletləri geri qaytarmaq olmur. Biletin qaytarılması üçün hansı anın sonuncu olduğuna aviaşirkət qərar verir, lakin, adətən bu reysə qeydiyyatın başlanma anıdır. Bron etdiyiniz yerləri ləğv etmək xahişi ilə Siz istər bilavasitə reysi həyata keçirən aviaşirkətə, istərsə də bizə müraciət edə bilərsiniz. Əgər zaman imkan verərsə, şəxsi kabinetinizdən biletin qaytarılması xahişi ilə elektron ərizə göndərməyiniz məqsədə uyğundur. Təcili ərizələrin minimal baxılma vaxtı - ərizənin alındığından sonra 24 saat təşkil edir, bir şərtlə ki, ərizə bazar ertəsindən cümə gününə qədər iş günü ərzində saat 09-00 - 17-00 GMT +2 radələrində alınmış olsun.
Aviabiletlərin dəyişdirilməsi. Elektron biletdə dəyişikliklər.
Biletə dəyişikliklərin daxil edilməsi üçün, məsələn, marşrutun, uçuş tarixinin dəyişdirilməsi üçün, səhv yazılmış şəxsi məlumatlara düzəlişlər etmək üçün Siz əks əlaqə forması vasitəsilə bizimlə əlaqə saxlamalısınız.
Mən qiyməti ödənilmiş bileti digər şəxsin adına rəsmiləşdirə bilərəmmi?
Təəssüf ki, bu mümkün deyildir. Bu aviadaşımalar haqqında qaydalarla qadağan edilir. Belə olan halda sizə biletinizi digər tarixə dəyişdirməyi və ya tarif qaydalarına uyğun olaraq aviabiletin geri qayarılmasını rəsmiləşdirməyi tövsiyyə edirik.
Mən uçuş və ya enmə tarixlərini dəyişdirə bilərəmmi?
Əgər bu aldığınız aviabilet üzrə tariflər qaydalarında nəzərdə tutularsa. Bu informasiyanı dəqiqləşdirməyimiz üçün əks əlaqə forması vasitəsilə bizə sorğu göndərin. Bir sorğuda Siz dəyişmə qiymətinin hesablanacağı üç alternativ tarix qeyd edə bilərsiniz, eləcə də, əlavə olaraq, biletlərin geri qaytarılmasının haqqını hesablamağı xahiş edə bilərsiniz – bəzi hallarda bir biletləri təhvil vermək, digərlərini isə almaq aviaşirkət tərəfindən nəzərdə tutulan bütün cərimələri ödəməklə bileti dəyişməkdən daha sərfəli olur. Bileti dəyişmək üçün razılıq verdiyinizdən sonra sizə əlavə ödəniş üçün hesab göndəriləcək. Hesabı bank kartı ilə ödəyə bilərsiniz.
Əgər mənə vizanın verilməsinə imtina edilmişdirsə, mən aldığım aviabileti geri qaytara bilərəmmi?
Əksər aviaşirkətlər üçün vizanın verilməsinə imtina məcburi qaytarma prosesini həyata keçirmək üçün kifayət edən arqumentdir, lakin, aşağıda göstərilən şərtlərin yerinə yetirilməsi ilə:
- Əgər sizə vizanın verilməsində geri qaytarmaq istədiyiniz bilet üzrə səyahətin son məntəqəsi olan ölkənin konsulluğu imtina etmişdirsə;
- Geri qaytarmaq istədiyiniz bilet üzrə birinci uçuş məntəqəsi sizin vətəndaşı olduğunuz ölkədən başlayırsa.
- Geri qaytarmaq istədiyiniz bilet bütün marşrut üzrə yeganə biletdirsə.
Tranzit vizasının verilməsinə imtina aviaşirkət üçün aviabiletin tam qaytarılması üçün əsas kimi çıxış etmir. Belə olan halda biletin geri qaytarılması tarif qaydalarına uyğun həyata keçirilir və könüllü qaytarma hesab olunur. Vizanın verilməsinə imtinanı təsdiq edən sənədlər qismində Siz təkcə pasportunuzda edilmiş qeydin surətini / skaner variantını deyil, həmçinin, Sizə konsulluqda verilmiş, üzərində konsulun möhürü və imzası olan və mütləq şəkildə sizin adınız və soyadınız qeyd olunmuş rəsmi sənədi təqdim etməlisiniz.
Sənədlər bizə və ya aviaşirkətə uçuşa azı 72 saat qalmış təqdim olunmalıdır. Əgər hər hansı səbəblərdən bu sənədləri təqdim etməyi çatdırmırsınız və ya təqdim edə bilmirsinizsə, aviaşirkət biletini məcburi şəkildə qaytarmaqda imtina edə bilər.
Biletin könüllü şəkildə geri qaytarılması
Aviabiletin könüllü şəkildə geri qaytarılması sərnişinin təşəbbüsü və ya təqsiri ilə aviaşirkətin tarif qaydalarına uyğun şəkildə həyata keçirilir. Geri qaytarılmayan biletlərin alınması zaman geri qaytarılan məbləğlərin bir hissəsi qaytarıla bilər. Həmçinin, bu qayda sərnişinlərin reysə gəlməməsi və ya gecikməsi hallarına da aiddir.
Biletin məcburi şəkildə geri qaytarılması
Geri qaytarılmayan biletlərin qaytarılması müəyyən hallarda mümkündür ki, bu zaman sərnişin təşəbbüskar qismində çıxış etmir və ya üzürlü hesab edilən hallar baş vermiş olur:

- daşıyıcı - aviaşirkətin təqsiri üzündən reysin ləğv olunması / gecikdirilməsi;
- marşrutun daşıyıcı - aviaşirkətin təşəbbüsü ilə dəyişdirilməsi;
- Sərnişinin və ya onun yaxın ailə üzvünün vəfat etməsi;
- sərnişinin xəstəliyi və ya hospitala yerləşdirilməsi;
- Tibb müəssisəsinin sərnişinin təyyarə ilə səyahət etməsinə icazə verməməyi;
- vizanın verilməsinə imtina.