Əlavə sorğular

Qida seçimi.
Sərnişinlərə bilavasitə aviaşirkət tərəfindən əvvəlcədən xüsusi qidanın sifariş edilməsi imkanı təqdim olunur və marşrutdan asılıdır.
Xüsusi qida
Xüsusi qidanın təqdim olunması üzrə sorğunu biletin alınması ilə eyni zamanda və ya uçuşdan 48 saat əvvəl əks əlaqə forması vasitəsilə vermək olar. Belə olan halda seçdiyiniz aviaşirkətdə və marşrutda sorğunuzun təsdiq olunması haqqında bildiriş almış olacaqsınız. Əsasən sorğular beynəlxalq reyslərin uzaq məsafəli reyslərində, yaxın və orta reyslərdə yüksək komfortlu siniflər üçün təsdiq olunur. Adətən xüsusi qida üçün əlavə ödəniş nəzərdə tutulmur.