Elektron aviabilet

Elektron bilet nə deməkdir?
1 iyun 2008-ci il tarixindən Beynəlxalq hava Nəqliyyatı Assosiasiyası yalnız elektron biletlərin satışına keçmişdir, kağız biletlər tarixdə qalmışdır. (http://www.iata.org/whatwedo/stb/pages/e-ticketing.aspx). Elektron bilet və ya e-ticket – kağız biletin müasir variantıdır, aviaşirkətin məlumatlar bazasında saxlanılan və insan amilindən, məsələn, itirilmə riskindən müdafiə olunmuş elektron sənəddir. Sərnişin üçün elektron bilet o deməkdir ki, təyyarənin bortuna daxil olmaq üçün o, yalnız şəxsiyyətini təsdiq edən sənədi və qüvvədə olan vizanı (əgər bu təyinat ölkəsinin qanunvericiliyi ilə tələb olunarsa) təqdim etməlidir.

Elektron biletin üstünlükləri: 

- Sərnişin aviabiletin alışı zaman və hava limanında qeydiyyat zamanı uçuşun bütün marşrut dövründə vaxta qənaət edir; 
- reysə qeydiyyat zamanı sərnişin yalnız şəxsiyyətini təsdiq edən sənədi özündə götürməlidir;
- elektron bileti itirmək və ya evdə unutmaq mümkün deyil, onu həmçinin, heç kim oğurlaya bilməz.
- elektron bilet kağız biletin blankının dəyərini ödəmək öhdəliyindən azad edir ki, bu da 10 – 20 avro arasında qənaət deməkdir. 

- digər ölkədə və ya şəhərdə olarkən, xüsusi veb-saytlardan istifadə etməklə qohumlar, dostlar və ya işgüzar partnyorlar üçün bilet almaq imkanı.

MƏZUNİYYƏT ÜÇÜN ELEKTRON AVİABİLET ALAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ: qeydiyyat zamanı sizə təqdim olunan minik talonlarını və marşrut qəbzlərini hesabat üçün saxlayın!

Diqqətinizə çatdırırıq ki:  Minik talonlarının dublikatları verilmir, bu səbəbdən də reysə qeydiyyat zamanı sizə təqdim olunan minik talonlarınızı saxlayın.
Marşrut qəbzi nədir?
Marşrut qəbzi – bu bron edilmiş xidmət və ya xidmətlər haqqında tam və ətraflı informasiyanı daxil edən sənəddir ki, burada elektron aviabiletin nömrəsi, uçuş marşrutu, forması və ödəniş detalları qeyd olunur.
aviabiletin alışından sonra alıcıya marşrut qəbzi (англ. Itinerary receipt) təqdim olunur. Saytda aviabiletin alışı zaman marşrut qəbzi Sizin qeyd etdiyiniz elektron poçt ünvanınıza uğurlu ödənişi həyata keçirdiyinizdən sonra göndərilir. Marşrut qəbzi aviabileti rəsmiləşdirmiş agentlik haqqında, uçuş detalları, forması və ödəniş məbləği haqqında ətraflı məlumatları daxil edir. Marşrut qəbzinin ayrılmaz və mühüm elementi - elektron aviabiletinizin nömrəsidir. Biz sərnişinlərdən marşrut qəbzini çap etməyi və özləri ilə götürüməyi xahiş edirik. 

Bu mütləq şərt deyil, lakin, bir sıra hallar mövcuddur ki, bu zaman marşrut qəbzi tələb oluna bilər:
- xarici hava limanlarında pasportların yoxlanışı zaman marşrut qəbzi əks istiqamətdə və ya üçüncü ölkəyə təsdiq olunmuş ucuş biletinin mövcud olmasının sübutu kimi çıxış edəcək.
- hava limanına giriş / çıxış zamanı aviasiya təhlükəsizliyi xidmətləri üçün marşrut qəbzi Sizin hava limanında qanuni olduğunuzun təsdiqi kimi çıxış edə bilər.