Aviabiletin bron edilməsi və qiymətinin ödənilməsi

Diqqət!!! Low Cost biletlerin ödənişini Avia Kompaniya kartdan birbaşa çəkdiyi üçün valyutadan asılı olaraq bileti aldığınız kartdan əlavə pul məbləği (konvertasiya) çıxılır.
Uçuşun qiyməti nədən əmələ gəlir?
Uçuşun qiyməti tarifin həcmindən, aviaşirkətin rüsumlarından, hava limanının rüsumlarından və agentliyin servis rüsumundan əmələ gəlir.
Tarif – daşıyıcı tərəfindən sərnişinin daşınması üçün müəyyən olunan göstərici və onun baqajının təmənnasız daşıma normasından əmələ gələn kəmiyyətdir ki, daşıyıcı onu bron etmə sistemində dərc edir və müəyyən xidmət sinfi üçün tətbiq edir.
Rüsumlar aşağıda göstərilənlərdən əmələ gəlir:
Hava limanının rüsumları - hava limanları tərəfindən sərnişinlərə xidmətlərin göstərilməsinə görə rüsumlar müəyyən olunur.
Aviaşirkətin rüsumları:
- yanacaq rüsumu, ümumi işarə (YQ);
- bron etmə sistemi tərəfindən göstərilən xidmətlərə görə rüsumlar;
- hava limanında təyyarəyə göstərilən xidmətə görə ödəniş və digər rüsumlar.
Rüsumların həcmi uçuşdan, uçuş ölkəsindən, enmə ölkəsindən asılı olaraq müəyyən olunur və tutulur və istər aviaşirkət tərəfindən, istərsə də hava limanı tərəfindən müəyyən olunur.
Servis rüsumu - agentliyin xidmətlərin göstərilməsinə və aviabiletin yazılmasına görə müəyyən olunmuş rüsumudur. Servis rüsumu geri qaytarılmır.
Bron etmə sinifləri arasında fərq nədədir?
Hava gəmisinin bortunda göstərilən xidmətlərin həcmindən və komfort səviyyəsindən asılı olaraq dünyada üç xidmət sinfi mövcuddur: birinci sinif, biznes-sinif, ekonom – sinif.
TripOnline saytında informasiya aviaşirkət tərəfindən bron etmə sistemində təqdim olunduğu şəkildə, yəni, hərfi şəkildə (Y, K, L, M, T) göstərilir. Xidmət sinifləri müxtəlif aviaşirkətlərdə fərqli ola bilər.
Aviaşirkətlər hər xidmət sinfi üçün bron etmə siniflərini və bu siniflərə uyğun olan tarifləri təyin edirlər. Bron etmə sinifləri ingilis əlifbasının bir hərfi ilə işarə olunur.
Adətən birinci sinif və biznes – sinif biletlərinin alışı müştəriyə cərimə və əlavə ödənişlər tətbiq olunmadan biletin tarixini dəyişmək, hava limanında biznes zallarının əlavə xidmətlərindən yararlanmaq, reysə ayrıca qeydiyyat masasından və borta transfer xidmətindən istifadə etmək imkanını verir.
Bundan əlavə, adətən ekonom – sinfin biletləri geri qaytarılmır və onları dəyişmək mümkün deyil. Sizdən xahiş edirik ki, bileti almazdan əvvəl tətbiq olunan tarifin qaydaları ilə tanış olasınız.
2 yaşına qədər uşaq ilə səyahət.
Xahiş edirik diqqət yetirəsiniz ki, əgər uçuş anına uşağın 2 yaşı olarsa, bilet isə körpə uşaq üçün alınmışdırsa, bu bilet avtomatik olaraq qüvvədən düşür. Bu cür aviabilet ilə uşağın təyyarənin bortuna daxil olunmasına imtina ediləcək. Bu qayda 2 yaşdan 12 yaşa qədər olan uşaqlara da aiddir. Əgər Siz 2 yaşa qədər uşaq üçün yer ilə bilet almaq istəyirsinizsə, Siz 12 yaşlı uşaq üçün alınmalı olan bilet seçməlisiniz. Bir sifarişdə 1 böyük, bir körpə uşaq və bir 12 yaşlı uşaq bileti rəsmiləşdirilə bilər.
2 yaşa qədər olan uşaq üçün ödənişsiz olaraq 10 kq qədər çəkidə baqaj daşımaq olar.
Böyük insanın müşayiəti olmadan gedən uşaq üçün bilet alışı
Təəssüf ki, bizim saytımızda Siz tək uşaq biletini sifariş edə bilməzsiniz. Alışın rəsmiləşdirilməsi zaman sifarişdə ən azı bir böyük şəxs üçün bilet olmalıdır. Artıq formalaşdırılmış və qiyməti ödənilmiş sifarişə sərnişin əlavə etmək həmçinin, mümkün deyil.
Əgər Siz yalnız uşaq üçün biletin almaq istəyirsinizsə, aviaşirkətin nümayəndəliyinə müraciət etməyinizi xahiş edirik.