İSTİFADƏÇİ VƏ TRIPONLINE.AZ ARASINDA RAZILAŞMA

«Triponline.az» istifadəçilərə xidmətlərin göstərilmə qaydalarını müəyyən edən hazırkı Razılaşmanı dərc edir. Hazırkı Razılaşma istənilən istifadəçinin ünvanına rəsmi oferta müqaviləsidir (rəsmi təklif).

Hər bir istifadəçi saytın xidmətlərindən yararlanmazdan əvvəl hazırkı saytda aşağıda şərh olunmuş bütün ternmin və şərtlərlə tanış olmalı və hər hansı dəyişiklik etmədən onlarla razılaşmalıdır.

1. Hazırkı Razılaşmada istifadə olunan terminlər:

Sayt —«Triponline.az» şirkətinə məxsus olan və İnternetdə triponline.az ünvanında yerləşdirilmiş veb-saytdır.

Sifariş – İstifadəçinin bizim Saytımızdan seçilmiş xidmətlərin göstərilməsi üzrə sifarişidir ki, o, lazımi qaydada tərtib olunmalıdır, yəni, xidmətlərin göstərilməsi üçün tələb olunan düzgün məlumatları və parametrləri əks etdirməlidir.

İcraçı – “Triponline.az” Bakı, Azərbaycan. Triopnline.az. internet saytı vasitəsilə bron etmə və üçüncü şəxslərin xidmətlərinin bron edilməsi sistemindən informasiyanın təqdim olunması üzrə xidmətlər göstərir.

İstifadəçi — 18 yaşa çatmış, qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyətində məhdudiyyətləri olmayan, İcraçı ilə müqavilə münasibətlərinə daxil olmaq, o cümlədən, Saytda sifariş yerləşdirmək və ya xidmətləri bronlamaq üçün qanuni hüquqa malik olan, və ya xidmətlərdən yararlanan, yaxud xidmətlərin istifadəçisi qismində göstərilmiş fiziki şəxsdir.

Xidmət təchizatçıları – aviaşirkətlər, onların İstifadəçiyə hava daşımaları üzrə xidmətlər göstərən rəsmi nümayəndələri.

Sərnişinin elektron bileti — sərnişinin və baqajın daşınma müqaviləsinin təsdiq olunması üçün istifadə edilən sənəddir. Burada sərnişinin və baqajın daşınması üzrə informasiya elektron – rəqəmsal formada əks olunur.

Bron etmə sistemi — xidmət və ehtiyat təchizatçılarına avtomatlaşdırılmış qoşulma sistemidir ki, burada xidmətlərin axtarışı, bron edilməsi və dəyərinin ödənilməsi prosesləri həyata keçirilir. Bron etmə sistemində informasiya istənilən an dəyişdirilə və ya əlavə oluna bilər. Bununla əlaqədar olaraq İstifadəçiyə “olduğu kimi” rejimdə bron etmə sistemini istifadə etmək təklif olunur.

Marşrut qəbzi – bron etmə sistemindən istifadəçi tərəfindən xidmət təchizatçısı ilə bağlanmış daşıma müqaviləsinin şərtlərini əks etdirən çıxarışdır.

2. Ümumi müddəalar

2.1 OU «Triponline.az» əvvəlcədən xəbərdarlıq etmədən hazırkı Razılaşmanın şərtlərini şəxsi mülahizəsinə əsasən istənilən zaman dəyişmək hüququna malikdir.

İstifadəçi tərəfindən Saytın istifadə olunması, yəni, istənilən səhifənin açılması və ya istənilən servisdən yararlanma onun hazırkı Razılaşmanın şərtləri ilə, eləcə də, bu Razılaşmaya edilə biləcək hər hansı mümkün əlavə və dəyişikliklərlə razı olduğunu bildirir.

2.2 İstifadəçi “Mən Saytda Sifarişin rəsmiləşdirilməsi üzrə son mərhələdə Triponline.az ilə Razılaşma şərtlərini qəbul edirəm” qrafasında işarə etməklə hazırkı Razılaşmanı bağlamış olur.

2.3 Sifariş həyata keçiriləndən sonra hazırkı Razılaşma İstifadəçi və «Triponline.az» arasında rəsmi münasibətləri tənzimləyən əsas sənəd qismində çıxış edir.

2.4 Tərəflər razılığa gəlmişlər ki, bu Razılaşma üzrə bütün informasiya və sənəd mübadiləsi elektron poçt vasitəsilə həyata keçiriləcək ki, onun ünvanı qeydiyyat və / və ya biletin bron edilməsi prosesində istifadəçi tərəfindən qeyd olunur.

2.5 triponline.az saytında biletin alışı zaman istifadəçi ona saytda göstərilmiş şərtlər əsasında xidmət təchizatçıları ilə bilavasitə və müstəqil şəkildə müqavilə münasibətlərinə daxil olur.

2.6 İcraçı sərnişin tərəfindən qeyd olunmuş biletlərin əsas daşıma, bron etmə, çıxarış və rəsmiləşdirmə şərtlərinin parametrlərinə, eləcə də, istifadəçinin biletin alınmasından sonra istifadəçinin informasiya – konsultasiya dəstəyinə uyğun olaraq istifadəçiyə optimal uçuş marşrutunun və daşıma üzrə ödəniş haqqının seçilməsi üzrə xidmətlər göstərir.

2.7 İstifadəçinin bron etmə zamanı qeyd etdiyi elektron ünvanına istifadəçi ilə xidmət təchizatçısı arasında bağlanmış hava daşıması üzrə müqavilənin şərtlərini əks etdirən marşrut qəbzinin göndərildiyi andan etibarən İcraçının öhdəlikləri lazımi qaydada və tam həcmdə yerinə yetirilmiş hesab olunur.

3. Saytdan istifadə qaydaları

3.1 triponline.az saytını istifadə edərək, Siz şərhsiz olaraq aşağıda qeyd olunan şərtlərə riayət etmək öhdəliyini üzərinizə götürür və təsdiq edirsiniz ki:

3.1.1 Sizin 18 yaşınız olmuşdur, Siz fəaliyyət qabiliyyətinə və hüquq qabiliyyətinə malik şəxssiniz, Triponline.az ilə müqavilə münasibətləri yaratmaq üçün qanuni hüququnuz var və saytı hazırkı Razılaşmaya uyğun şəkildə istifadə edəcəksiniz, eləcə də, hazırkı Razılaşmanın bağlanması və triponline.az saytının istifadəsi nəticəsində üzərinizə düşən öhdəliklərə görə məsuliyyəti dərk edir və daşıyırsınız.

3.1.2 Sayt ilə iş zamanı Siz özünüz və / və ya xeyrinə biletin bron edilməsi və ya alınması həyata keçirilən üçüncü şəxslər barəsində düzgün, aktual və dolğun informasiyanı təqdim etmək öhdəliyini üzərinizə götürmüş olursunuz.

3.1.3 Siz sifarişin rəsmiləşdirilməsi zaman tərəfinizdən biletin alınması və / və ya bron edilməsi, yaxud təkrar bron edilməsi zaman qəsdən və ya təsadüfi olaraq yol verilmiş hər hansı səhvlərlə və qeyri düzgün qeydlərlə əlaqədar yarana biləcək istənilən riskləri və məsrəfləri üzərinizə götürürsünüz.

3.1.4 Siz məlumatlandırılmışsınız və razısınız ki, rəsmiləşdirilmiş sifarişdə sərnişinlərin şəxsi məlumatlarının dəyişməsi sifarişdə razılaşdırılmış tariflərin qüvvəsini itirməsi üçün əsasdır. Rəsmiləşdirilmiş sifarişdə şəxsi məlumatların dəyişməsi yeni biletin alınması üçün və yeni biletin yazılması və / və ya biletdə şəxsi məlumatların dəyişdirilməsi üçün aviaşirkətlərin tariflərinə uyğun olaraq əlavə pul vəsaitlərinin tutulması üçün əsas kimi çıxış edir. Şəxsi məlumatlara dəyişikliklərin daxil edilməsi zərurəti olduqda Siz dəyişikliklərin edilməsinə və / və ya yeni biletin yazılmasına görə əlavə ödəniş etməyi öhdənizə götürürsünüz.

3.1.5 Üçüncü şəxslər üçün biletlərin bron edilməsi və / və ya alınması zaman Siz bu şəxsləri seçilmiş tarifin bütün şərtləri, qayda və məhdudiyyətləri barədə, eləcə də, biletin alınması və bron edilməsi ilə əlaqədar ola biləcək bütün dəyişikliklər barədə məlumatlandırmağı öhdənizə götürürsünüz.

3.1.6 Siz sifarişdə qeyd olunmuş bütün şəxsi məlumatların, o cümlədən, xeyrinə biletin bron edildiyi və ya alındığı üçüncü şəxslərin şəxsi məlumatlarının işlənib, yoxlanılmasına razılıq verirsiniz. Siz həmçinin, təsdiq edirsiniz ki, üçüncü şəxslərin şəxsi məlumatları onların razılığı əsasında təqdim olunmuşdur və qeyd olunan üçüncü şəxslər onların şəxsi məlumatlarının istənilən üsul ilə işlənməsinə, o cümlədən, elektron sürətinin çıxarılmasına, bərpa edilməsinə, şəxsi məlumatlarının transsərhəd şəkildə ötürülməsinə, bloklanmasına və ləğv edilməsinə razılıq vermişlər.

3.1.7 Siz xəbərdar edilmişsiniz ki, xidmət təchizatçıları əlavə məlumat tələb edə bilər və bu cür əlavə məlumatları tələb olunan zaman müvafiq sorğuda qeyd olunmuş müddət ərzində təqdim etməyi öhdənizə götürürsünüz.

3.1.8 Siz saytdan əldə etdiyiniz biletin istifadə anına qədər mütəmadi olaraq müstəqil şəkildə sifarişinizin vəziyyətini izləmək, o cümlədən, mümkün olan dəyişikliklər barəsində məlumatların olub, olmadığına görə elektron poçt ünvanınızı yoxlamaq, zəruri olan halda isə triponline.az saytında əks əlaqə forması vasitəsilə və ya saytda göstərilmiş əlaqə nömrələri vasitəsilə «Triponline.az» müraciət etmək öhdəliyini üzərinizə götürürsünüz.

3.1.9 Siz zəruri hallarda təcili əlaqə üçün aktual telefon nömrəsini və elektron poçt ünvanını təqdim etmək öhdəliyini üzərinizə götürürsünüz. Reyslərin cədvəllərində bütün dəyişikliklər, uçuş / enmə hava limanında dəyişikliklər, reysin ləğv olunması və ya reysin istənilən digər parametrlərinin dəyişilməsi haqqında bütün məlumatlar bu dəyişikliklər barəsində aviaşirkətlərdən məlumatların alınması şərtilə «Triponline.az» tərəfindən yazılı şəkildə istifadəçinin biletin sifariş edilməsi zaman qeyd etdiyi elektron ünvana göndərilir. Aviaşirkətlər bronlama zamanı qeyd olunmuş əlaqə nömrəsindən istifadə edərək, bu informasiyanı bilavasitə istifadəçiyə təqdim edə bilərlər. İstifadəçi sifarişin rəsmiləşdirildiyi andan səyahətin başa çatmasına qədər poçt qutusunda ismarışların, həmçinin, qeyd olunan telefon nömrəsinə gələn məlumatların monitorinqini həyata keçirmək öhdəliyini üzərinə götürür. Əks təqdirdə, əgər hava daşımasının bron edilməsi zaman sərnişin əlaqə məlumatlarını təqdim etməkdən imtina edərsə və ya yanlış məlumatlar təqdim edərsə, yaxud «Triponline.az» təqdim olunmuş əlaqə nömrəsinə və ya elektron poçt ünvanına ən azı bir dəfə müraciət etməklə sərnişin ilə əlaqə yarada bilməzsə, «Triponline.az» sərnişini reyslərin cədvəlində dəyişikliklər, reysin ləğv olunması, və ya reysin hər hansı digər parametrlərinin dəyişiklikləri barədə məlumatlandırmadığına görə məsuliyyət daşımır. Qeyd olunan hallarda İcraçı sərnişinə bu cür məlumatlandırmamaqla vurulmuş zərərin əvəzini ödəmir. İcraçı həmçinin, qeyd olunan məlumatların xidmətlərin təchizatçısı (aviaşirkət) tərəfindən təqdim olunmadığı halda sərnişinə bu məlumatları göndərmədiyinə görə də məsuliyyət daşımır.

3.1.10 Siz səfər üçün bütün zəruri olan sənədlərin hazırlanmasına görə məsuliyyəti üzərinizə götürür, çıxış və ölkəyə gəliş zamanı, eləcə də, marşrutlarla hərəkət üçün tranzit uçuş zamanı, bütün marşrutla hərəkət zamanı tələb olunan bütün sənədlərin düzgünlüyünə və tamlığına, tələb olunan vizaların, həqiqi pasportların, etibarnamələrin və digər sənədlərin mövcudluğuna zəmanət verirsiniz. İcraçı sərnişin tərəfindən çıxış və ya gəliş ölkələrinin bütün zəruri tələblərinə riayət etmədiyinə görə məsuliyyət daşımır. Biletin alışından və səfərə çıxmazdan əvvəl bütün tələb olunan sənədlərin və vizaların sizdə mövcud olmasına əmin olun. Həmçinin, Sizdən daha dolğun məlumatın əldə edilməsi məqsədilə www.iatatravelcentre.com saytından istifadə etməyinizi xahiş edirik.

4. Xidmətlərin dəyərinin ödənilmə qaydası

4.1 Ödəniş İcraçının saytında bank kartı vasitəsi ilə həyata keçirilə bilər.

4.2 Sifarişin dəyərinin bank kartı vasitəsilə ödənilməsi.

4.2.1 Ödəniş bilavasitə İstifadəçi – kart sahibi tərəfindən həyata keçirilməlidir.

4.2.2 Bank kartları üzrə əməliyyatların avtorizasiyası ödəmə əməliyyatının həyata keçirildiyi ödəniş sistemi tərəfindən yerinə yetirilir. Əgər ödəniş sistemi əməliyyatın dələduzluq xarakterini daşımasını düşünmək üçün əsaslara malik olarsa, sistem bu əməliyyatın həyata keçirilməsinə imtina etmək hüququna malikdir.

4.2.3 Xidmətlərin dəyərinin ödənilməsi iki tranzaksiya ilə həyata keçirilir.

4.2.3.1 Daşımanın dəyərinin bilavasitə aviaşirkətə ödənilməsi;

4.2.3.2 Rüsumun dəyərinin bilavasitə «Triponline.az» ödənilməsi.

4.2.4 Xidmət İstifadəçisi tərəfindən ödəniş zamanı İcraçı istifadəçinin bank kartı barəsində informasiyanı saxlamamaq öhdəliyini götürür.

4.2.5 Ödəniş ödəmə sistemləri vasitəsilə təhlükəsiz birləşmə yolu ilə həyata keçirilir. Məlumatların ötürülməsi Thawte şirkətinin SSL Web Server Certificates with EV sertifikatı ilə müdafiə olunur.4.3 İstifadəçi tərəfindən bron edilmiş xidmətlərin dəyəri triponline.az saytında bron etmənin son mərhələsində, təchizatçının valyutası ilə aydın şəkildə qeyd olunur və aşağıda göstərilənlərdən ibarətdir:

4.3.1 Daşımanın dəyəri;

4.3.2 «Triponline.az» rüsumunun dəyəri.

4.4 Biletin satışı zaman biz optimal daşıma marşrutunun, sərnişin tərəfindən müəyyən olunmuş əsas daşıma, bron etmə, biletlərin yazılması və rəsmiləşdirilməsi şərtlərinə, eləcə də istifadəçinin biletin alışından sonra informasiya – konsultasiya dəstəyinə uyğun olaraq optimal daşıma ödənişinin seçilməsinə görə əlavə rüsum tuturuq. Bu rüsum məbləği geri qaytarılmır.

4.5 Əgər hər hansı səbəb ilə «Triponline.az» rüsumu ödənilmiş olarsa, bilet isə yazılmazsa, biz ödənişi ləğv etmək və ödənilmiş pul məbləğini 2 (iki) gün ərzində geri qaytarmağı öhdəmizə götürürük.

4.6 Biletin alınmasından sonra İstifadəçinin bank kartından silinmiş pul məbləği Sizin bank kartınızın valyutası ilə xidmət təchizatçısının valyutası arasında fərq nəticəsində qeyd olunmuş sifariş məbləğindən fərqli ola bilər. Sizin bankınız özünün daxili məzənnəsinə uyğun olaraq konvertasiya edə bilər. Alışın həyata keçirilməsindən əvvəl bankınızın nümayəndəsi ilə daxili mübadilə məzənnəsini və konvertasiyaya görə mümkün komissiyanın məbləğini dəqiqləşdirməyi tövsiyyə edirik. Biletin dəyərini ödəyərək siz konvertasiya ilə əlaqədar məsrəfləri nəzərə alaraq, biletin dəyəri ilə razı olduğunuzu təsdiq edirsiniz.

4.7 Ödəniş faktı ilə İstifadəçi biletlərin ləğv olunması və geri qaytarılması qaydaları ilə, səfərinin bütün rekvizitləri ilə, o cümlədən, uçuş tarixləri, uçuş və enmə saatları, digər təyyarəyə minik saatları, sərnişin məlumatları, xidmət sinfi ilə tanış olduğunu və onlarla razı olduğunu təsdiq edir.

4.9 İstifadəçi tərəfindən Sifarişin ödənişinin həyata keçirilməsindən sonra marşrut qəbzi və bron edilmiş xidmətlər üzrə ödənişin təsdiq edilməsi avtomatik formalaşaraq, İstifadəçi tərəfindən qeydiyyat və / və ya biletin bron edilməsi zaman qeyd etdiyi elektron poçt ünvanına göndərilir.

5. Tərəflərin məsuliyyəti

5.1 Saytda dərc olunmuş informasiya və xidmətlərin təsviri qeyri dəqiq məqamlara və səhvlərə malik ola bilər. Xüsusilə də, İcraçı informasiyanın natamamlığına və ya qeyri düzgünlüyünə, eləcə də, xidmət təchizatçısı tərəfindən təqdim olunmuş hər hansı xidmətin təsvirinə görə məsuliyyət daşımır.

5.2 Saytın və ya onun komponentlərinin tam və ya qismən nasaz işi nəticəsində İstifadəçi üçün yaranmış zərərlərə görə İcraçı məsuliyyət daşımır.

5.3 İcraçı üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verən narahatlıqlara və mümkün zərərlərə görə məsuliyyət daşımır və heç bir bilavasitə və ya dolayı xərcləri ödəmir, o cümlədən:

5.3.1 Götürülmüş öhdəliklərin istifadəçi tərəfindən təqdim olunmuş məlumatların və ya sənədlərin qeyri düzgünlüyü, çatışmazlığı və zamanında təqdim olunmamağı və ya İstifadəçi tərəfindən hazırkı Razılaşmanın şərtlərinin və ya sənədlərə qarşı irəli sürülən sənədlərin pozulması nəticəsində yerinə yetirilməsi mümkün olmayan təqdirdə;

5.3.2 daşıyıcıların hərəkətlərinə görə (aviareyslərin, qatarların, avtobusların və digər nəqliyyat vasitələrinin vaxtının dəyişilməsi, ləğv olunması, gecikdirilməsi, biletlərin qiymətinin dəyişdirilməsi, satışdan tarifin çıxarılması, ödənilməmiş və ya ödənilmiş bronların ləğv edilməsi), bütün səfər müddəti ərzində baqajın, yükün, qiymətli əşyaların və sənədlərin saxlanılması, itirilməsi və ya zədələnməsi. Bu hallarda beynəlxalq qaydalara uyğun olaraq sərnişinlər qarşısında məsuliyyəti xidmətlərin təshizatçısı daşıyır.

5.3.3 gömrük və miqrasiya orqanlarının hərəkətlərinə görə;

5.3.4 xarici dövlətlərin konsulluqlarının hərəkətlərinə görə, o cümlədən, giriş vizalarının gecikdirilməsinə, verilməsinə imtinaya və ya verilmə müddətlərinin dəyişdirilməsinə görə;

5.3.5 sərnişin tərəfindən gömrük və sərhəd formallıqlarının, gediş qaydalarının və baqajın daşınma qaydalarının nəticələrinə, eləcə də müvəqqəti səfər ölkəsində xüsusi davranış qaydalarının pozulmasına görə;

5.3.6 sərnişinlərin reysin qeydiyyatına gəlmədiklərinə və ya gecikdiklərinə görə;

5.3.7 sərnişinlər tərəfindən daşıyıcıların müəyyən etdikləri davranış qaydalarının pozulmasına görə;

5.3.8 sənədlərin düzgünlüyünə və düzgün tərtibatına görə (sənədlərdə qeyd olunan məlumatların düzgünlüyü).

5.4. İstifadəçi və İcraçı tərəfindən öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsini mümkünsüz edən qarşısı alınmaz qüvvə hallarının, eləcə də, tərəflərin təsir edə bilməcəyi və ya qarşısını ala bilmədiyi digər halların baş verdiyi zaman Razılaşmanın tərəfləri hazırkı razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiklərinə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə məsuliyyətdən azad olurlar.

5.5 İstifadəçi tərəfindən hazırkı Razılaşmanın şərtləri, istənilən qanunun tələbləri və ya üçüncü şəxslərin hüquqları pozulan halda İstifadəçi «Triponline.az» şirkətini və onun əməkdaşlarını üçüncü şəxslərin irəli sürə biləcəyi hər hansı iddialardan, iradlardan və tələblərdən, eləcə də itkilərdən, zərərlərdən, məsrəflərdən, cərimələrdən və digər xərclərdən qorumağı öhdəsinə götürür.

6. Biletin geri qaytarılması və ləğv olunması.

6.1 Biletlərin geri qaytarılması, dəyişdirilməsi və ləğv olunması seçilmiş xidmət təchizatçısının qaydalarına uyğun olaraq həyata keçirilir. Bu qaydalar biletin bron edilməsi zaman aydın şəkildə əks olunur. Biletin dəyişdirilməsi / geri qaytarılması zaman aviaşirkətin tarif qaydaları üzrə mümkün cərimə sanksiyalarına əlavə olaraq İcraçı geri qaytarma / dəyişdirmə proseslərinin yerinə yetirilməsinə görə əlavə rüsum almaq hüququna malikdir. Rüsumun məbləği geri qaytarma, dəyişmə, ləğv etmə və ya imtina proseduralarının həyata keçirilməsi zaman aydın şəkildə göstərilir.

6.2 Biletin geri qaytarılması, dəyişdirilməsi və ya ləğv edilməsi zaman «Triponline.az» şirkətinə biletin alınması üçün ödənilmiş rüsum geri qaytarılmır.

6.3 Biletin geri qaytarılması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün sifariş triponline.az saytında əks əlaqə forması vasitsilə rəsmiləşdirilir, sifariş iş günlərində bazar ertəsindən cümə gününə qədər saat 09:00-dan 17:00-a qədər (GMT + 3, Bakı, Azərbaycan) baxılır. Qeyri iş saatlarında alınmış sifarişə növbəti iş günündə baxılır. Diqqət. İstirahət günlərində (şənbə, bazar, eləcə də, dövlət bayram günlərində) sifarişlərə baxılmır. Sifarişlərin baxılması növbəti iş günü ərzində ardıcıllıq qaydasında həyata keçirilir.

6.4 Aviaşirkət tərəfindən cərimə sanksiyaları tətbiq olunmadan biletdən alış günündə imtina etmək olar, bir şərtlə ki, sifariş hazırkı razılaşmanın 6.3 bəndinə uyğun olaraq həmən gün iş saatları ərzində verilmiş olsun.

6.5 İstifadəçi, triponline.az saytında bilet sifariş edərkən ödənişi birbaşa xidmət təchizatçısına (aviaşirkətə) həyata keçirir.

6.6 hazırkı razılaşmanın 6.5 bəndini nəzərə alaraq, pul vəsaitlərinin qaytarılması zaman münasibətlər istifadəçi ilə xidmət təchizatçısı arasında yaranır. Pul vəsaitlərinin Sizin kartınıza qaytarılmasına görə məsuliyyət tam olaraq aviaşirkətin üzərinə düşür. Qaytarılmalı olan pul vəsaitləri müstəsna olaraq pul vəsaitlərinin silinərək ödənişin həyata keçirildiyi kart hesabına biletin ləğv olunması və qaytarılması anından 3 – 60 gün ərzində köçürülür.

6.7 triponline.az saytının əks əlaqə forması vasitəsilə biletin ləğv olunması və ya qaytarılması zaman İcraçı sifarişçinin tapşırığı ilə bron etmə sistemində 24.00 – dan sonra (GMT + 3, Bakı, Azərbaycan) müvafiq hərəkətləri həyata keçirir, aviaşirkət bilet ilə müvafiq hərəkətlərin həyata keçirlməsi barədə məlumatı alır və pul vəsaitlərinin sifarişçinin kart hesabına qaytarılması prosesi başlanır. Aviaşirkət pul vəsaitlərini müştəriyə 3 – 60 gün ərzində qaytarır. İcraçı heç bir halda pul vəsaitlərinin qaytarılma müddətlərinə təsir göstərə bilmir.

6.8 Həmçinin, aviabiletin ləğvini və ya geri qaytarılmasını bilavasitə aviaşirkətə müraciət etməklə təşəbbüs etmək mümkündür. Belə olan halda aviaşirkət bron etmə sistemində müvafiq hərəkətləri həyata keçirir və pul vəsaitlərinin Sizin kart hesabınıza 3 – 60 gün ərzində qaytarılması prosedurunu başlayır.

7. Xüsusi şərtlər

7.1 “Çoxsaylı bron” (konkret sərnişinin adına bir gün üçün və eyni reys üçün bir və ya bir neçə tarixə birdən artıq bron) aşkar edilən halda İcraçı və xidmət təchizatçıları birtərəfli qaydada və xəbərdarlıq etmədən bronu və ya rəsmiləşdirilmiş sifarişi ləğv edə bilərlər;

7.2 Saytın xidmətlər siyahısına həddi buluğa çatmayan müşayiətsiz uşaqlar, fiziki baxımdan məhdud qabiliyyətli insanlar, doğuş vaxtı yaxınlaşan hamilə qadınlar, eləcə də, nağdsız hesablaşma hesabına və ya hərbi tələblər əsasında səfər edən sərnişinlər üçün biletlərin bron edilməsi və satışı daxil deyildir.

7.3 İstifadəçi aşağıda qeyd olunanlarla tanış olmuşdur və razıdır:

7.3.1 daşıyıcıların tariflərinin tətbiq olunması şərtləri ilə, o cümlədən, biletlərin geri qaytarılması, ləğv edilməsi və dəyişdirilməsi şərtləri ilə;

7.3.2 pasportlara və digər formal sənədlərə qarşı irəli sürülən tələblərlə, o cümlədən, pasportun vizanın alınması üçün və hər hansı ölkənin ərazisinə buraxılmaq üçün zəruri olan qüvvədə olma müddətinə qarşı tələblərlə;

7.3.3 xarici dövlətlərin sərhəd (gömrük) nəzarətinin (rejiminin) xüsusiyyətləri və qaydaları ilə;

7.3.4 gömrük və sərhəd qaydalarına riayət etmək öhdəlikləri ilə;

7.3.5 sərnişinlərin şəxsi pasportlarının həqiqiliyinə, hədi buluğa çatmayan uşaqların ölkədən çıxarılması üçün icazələrin və sərhəddi keçmək üçün tələb olunan digər sənədlərin həqiqiliyinə, bu sənədlərdə əks olunan məlumatların düzgünlüyünə görə müstəqil şəkildə məsuliyyət daşımaları ilə;

7.3.6 qeyri düzgün giriş və ya çıxış sənədlərinə malik olan sərnişinin deportasiyasının müstəsna olaraq sərnişinin şəxsi hesabına həyata keçirilməsi ilə.
Sərnişin müstəqil olaraq müvafiq dövlətin konsulluğundan zəruri informasiyanı əldə etməlidir.

7.4 İstifadəçi səfər üçün tələb olunan bütün sənədlərin hazırlanmasına görə məsuliyyəti üzərinə götürür. Sərnişin gedəcəyi ölkənin bütün tələbləri və qaydaları ilə, o cümlədən, ölkədən çıxış və ölkəyə gəliş zamanı tələb olunan sənədlərin tərtib olunmasına qarşı tələbləri, vizaların və ya uşaqların və heyvanların səfərə çıxarılması üçün tələb olunan sənədlərin, silahın, bədii dəyərlərin ölkədən çıxarılması üçün tələb olunan sənədlərin tərtibat qaydaları və digər icazə və razılıqların alınması tələbləri ilə tanış olmalı və onlara riayət etməlidir.

7.5 İcraçı səbəbləri göstərmədən İstifadəçiyə xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir. Bu cür qərarın qəbul olunması haqqında İcraçı İstifadəçini təxirəsalınmaz qaydada məlumatlandırır. Pul vəsaitləri İstifadəçiyə Sifarişin ödənişi həyata keçirilən rekvizitlərə köçürülməklə qaytarılır.

İcraçı:
«Triponline.az» , Bakı, Azərbaycan.



Triponline.az şirkətinin məxfilik siyasəti


Biz hansı informasiyanı toplayırıq
Biz bronlama və biletin alışı zaman Sizin tərəfinizdən istənilən əlaqə kanalları vasitəsilə (adətən internet və / və ya telefon) təqdim olunan bütün şəxsi informasiyanı, o cümlədən – xidmətdən yararlanan şəxsin adı və soyadını, telefon nömrəsini, elektron poçt ünvanını, pasport məlumatlarını, ödəmə haqqında informasiyanı və alışın həyata keçirilməsi üçün tələb olunan digər məlumatları toplayır və saxlayırıq. Digər şəxslər üçün bilet alışı zamanı Siz əvvəlcədən bu şəxslərin şəxsi məlumatlarının bizə təqdim olunmasına razılığını almalısınız. Biz həmçinin, Sizin haqqınızda informasiyanı sizin affilyasiya edilmiş şəxslərinizdən və işgüzar partnyorlarınızdan eləcə də, istənilən digər müstəqil mənbələrdən əldə edə bilərik. Bu cür informasiyanın nümunələri qismində sizin İP ünvanınızı, internet provayderinizin adını, mobil əlaqə operatorunuzun adını qeyd etmək olar. Bütün bu cür informasiya avtomatik rejimdə toplanır. Bu informasiyanın əldə olunması zaman bizim əsas məqsədlərimiz dələduzluğun qarşısını almaq və istifadəçi interfeysini yaxşılaşdırmaqdır.
Biz informasiyanı necə istifadə edirik
Biz Sizin kartınız barədə informasiyanı yalnız saytımızda əvvəlcədən seçdiyiniz elektron biletlərin bron edilməsi və yazılması üçün istifadə edirik. Bütün proses avtomatlaşdırılmışdır və insan iştirakı olmadan həyata keçir. Biz Sizin haqqınızda topladığımız informasiyanı aşağıda göstərilən məqsədlər üçün istifadə edirik: sizi maraqlandıran məhsul və xidmətlərin təqdim olunması üçün, alışların təsdiqlənməsi və mümkün olan dəyişikliklər barədə məlumatlandırmaq üçün, keçirilən aksiyalar barədə, Sizin üçün maraqlı ola biləcək yeni məhsul və xidmətlər barədə məlumatlandırmaq üçün; mümkün olan mübahisələrin həlli üçün, nasazlıqların aradan qaldırılması üçün, potensial qadağan edilmiş və ya qanunsuz fəaliyyətin qarşısını almaq üçün, saytdan istifadə qaydalarına riayət olunmasına nəzarət etmək üçün.
İnformasiyanı kimlərə təqdim edə bilərik
Biz haqqınızda topladığımız informasiyanı bilavasitə xidmət Təchizatçılarımıza, məsələn, aviaşirkətlərə və onların adından fəaliyyət göstərən agentlərinə təqdim edirik. Üçüncü şəxslər tərəfindən göstərilən bütün xidmətlər “olduğu kimi” prinsipi əsasında, hər hansı müqavilələr bağlamadan göstərilir. Biz Sizin elektron poçt ünvanınızı, telefon nömrənizi və haqqınızda digər bu kimi informasiyanı təqdim etmirik, bir şərtlə ki, bu cür informasiya təchizatçılara müvafiq xidmətin göstərilməsi üçün tələb olunmasın. Biz təchizatçılarımız tərəfindən şəxsi informasiyanın istifadə edilməsinə və açıqlanmasına əlavə məhdudiyyətlər qoymuruq. Bu səbəbdən də biz Sizə saytımızda məhsulunu əldə etdiyiniz Təchizatçının məxfilik siyasəti ilə tanış olmağı tövsiyyə edirik. Xahiş edirik, diqqət yetirin ki, Təchizatçılar da zərurət yaranan halda və müəyyən əlavə informasiyanı əldə etmək üçün sizinlə əlaqə saxlaya bilərlər.

Biz adımızdan əlavə xidmət və servislər, o cümlədən, bank kartlarının prosessləşdirilməsi və dələduzluğun qarşısının alınması, biznes – analizin və marketinq tədqiqatlarının həyata keçirilməsi, müştərilərə xidmətlərin göstərilməsi üzrə xidmətlər göstərən kənar xidmət təchizatçılarına da informasiya təqdim edirik. Biz öz təchizatçılarımıza bizim adımızdan əlavə informasiya toplamağa icazə verə bilərik. Təchizatçılar yalnız zərurət yaranan halda və yalnız öz funksiyalarını yerinə yetirmək üçün informasiya əldə edirlər. Bu informasiyanın digər şəxslərə və digər məqsədlərlə açıqlanması nəzərdə tutulmayıb, Biz Təchizatçılarımız tərəfindən özümüzün riayət etdiyimiz təhlükəsizlik siyasətinə riayət etməyi tələb edirik.

Əgər Siz saytımız çərçivəsində bizim biznes partnyorlarımızla birgə təqdim etdiyimiz əlavə xidmət və məhsllardan istifadə etmək istəsəniz, biz öz partnyorumuza Sizin haqqınızda informasiyanı, o cümlədən, şəxsi informasiyanı təqdim edə bilərik. Xahiş edirik, diqqət yetirin ki, biz partnyor tərəfdə məlumatların məxfiliyinə nəzarət etmirik.
Biz həmçinin, informasiyanı təqdim edə bilərik:
  • Məhkəmə orqanını tələbi əsasında, eləcə də, bizim qanuni hüquqlarımızın sübuta yetirilməsi və ya həyata keçirilməsi məqsədi ilə;
  • Üçüncü şəxslərin qanunsuz fəaliyyətinin qarşısının alınması, araşdırılması və qarşısının alınması sahəsində tədbirlərin görülməsi üçün informasiyanın təqdim olunmasını zəruri hesab etdiyimiz hallarda;
  • Müştərilərimizin və ya digər şəxslərin hüquqlarının, mülkiyyətinin və ya təhlükəsizliyinin qorunması və ya müdafiə edilməsi üçün;
  • Aktivlərin birləşməsi, konsolidasiyası və ya satışı kimi korporativ sazişlərin həyata keçirilməsi zaman.
Biz üçüncü şəxslərə, o cümlədən, reklam şirkətlərinə və investorlara anonim (adsız) informasiyanı təqdim etmək hüququna malik olduğumuzu bildiririk. Məsələn, biz öz reklam şirkətlərimizə saytımızda qonaq olan şəxslərin sayını bildirə bilərik. Bu informasiya heç bir şəxsi məlumat xarakterini daşımır və yeni məhsulların və servislərin hazırlanması üçün istifadə olunur ki, biz onları Sizlərin diqqətinizə təqdim etməkdən məmnun olacağıq.

Biz informasiyanı necə qoruyuruq
Biz istəyirik ki, Siz saytımızdan istifadə etdiyiniz zaman özünüzü qorunmuş, əmin və komfortlu hiss edəsiniz. Bunun üçün biz Sizin bizə təqdim etdiyiniz şəxsi informasiyanın müdafiəsi üçün müvafiq inzibati, texniki və fiziki təhlükəsizlik tələblərini tətbiq etmişik və istifadə edirik:
  • Bütün şəxsi informasiya şifrələnmiş şəkildə saxlanılır;
  • Biz Sizin şəxsi məlumatlarınızın öz serverlərimiz ilə Sizin brauzeriniz arasında təqdim olunması zaman şifrləmədən istifadə edirik;
  • Biz antivirus proqramlarını və şəxsi məlumatlara icazəsiz müdaxilə hallarının qarşısını alan müdaxilələrin aşkar edilməsi sistemlərini istifadə edirik.Bütün informasiya serverlərimizin və mərkəzi məlumat bazalarımızın yerləşdiyi Avropa ərazisində sertifikatlaşdırılmış provayderlərdə saxlanılır və işlənir.
Xarici istinadlar
Əgər bizim saytımızın hər hansı hissəsi digər saytlara istinadlara malikdirsə, anlamaq lazımdır ki, kənar saytlar hazırkı məxfilik siyasətinə uyğun işləmir. Bu səbəbdən də biz sizlərə istifadə etməzdən əvvəl bu saytların məxfilik siyasətini öyrənməyi tövsiyyə edirik.
Məxfilik siyasətində dəyişikliklər
Biz hazırkı məxfilik siyasətini gələcəkdə yeniləyə bilərik. Biz mütləq şəkildə Sizə məxfilik siyasətində əhəmiyyətli dəyişikliklər barədə məlumat verəcəyik. Bunun üçün qeydiyyat zamanı tərəfinzdən bizə təqdim olunan elektron poçt ünvanına müvafiq bildirişlər göndəriləcək və ya saytımızda müvafiq məlumatlar yerləşdiriləcək.