LAYİHƏ HAQQINDA

TripOnline komandası Sizin səyahət etmək istəyinizi dəstəkləyir!
Biz anlayırıq ki, Sizin nə dərəcədə tez – tez səfərə çıxdığınız və neçə ölkəyə səfər etdiyiniz bir o qədər də vacib deyil, burada çətinlik yaradan məsələ uğurlu səfər planlaşdırmaqdır. Hələ uğurlu səfəri az məsrəflərlə planlaşdırmağı ümumiyyətlə mümkünsüz hesab edirsiniz? Sizə aviabiletləri onlayn qaydada asanlıqla tapmaq və sərfəli əldə etmək imkanını təklif edirik.
Biz planlaşdırdığınız istənilən vaxtda dünyanın istənilən nöqtəsinə aviauçuşlarda qənaət etmək imkanını təklif edirik. TripOnline – bir neçə hərəkətlə aviabiletləri asanlıqla bron etmək və almaq imkanıdır. Həmçinin, bu, müştərilərin onlayn dəstəklənməsi və bank kartı ilə ödəniş etmək imkanıdır.

TripOnline – aviabiletlərin onlayn qaydada bron edilməsi üzrə sadə və rahat servisdir. Aviabiletlərin yazılması və qiymətinin ödənilməsi prosesləri tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir ki, bu da insan amilini istisna edir. Siz operatorun sizin bronunuzu təsdiq etməsini və ya ümumiyyətlə bu barədə unutmasını) gözləməli olmayacaqsınız.)
Sizdən tələb olunan – uçuşun parametrlərini qeyd etmək, bəyəndiyiniz nəticəni seçmək və onlayn rejimdə kart ilə ödəniş etməkdir. Gizli rüsumların mövcud olmamağı servisi alıcılar üçün tam şəffaf edir. Alışdan əvvəl siz aviabiletlərin geri qaytarılma və dəyişdirilmə qaydaları ilə, eləcə də, İstifadəçi Razılaşması ilə tanış ola biləcəksiniz.

Biz bank məlumatlarınızı saxlamayacağıq, şəxsi məlumatlarınızın hər hansı ötürülməsi isə etibarlı şəkildə müdafiə olunur. TripOnline Visa və MasterCard ödəmə sistemlərinin bütün təhlükəsizlik standartlarına cavab verir. triponline.az